«Qərb bizə kömək edəcək», yaxud erməni siyasətinin Оstap Benderləri

1192

Bir neçə gün öncə məşhur erməni müxalifətçi xadim, kinorejissor Tiqran Xzmalyan yeni «Ermənistanın Avropa seçimi» ictimai-siyasi təşəbbüsün yaradılmasını elan etmişdir. «Biz əminik ki, Vətənimizin keçmişi, bu günü və gələcəyi Avropa sivilizasiyası ilə sıx bağlıdır »,- deyə o öz videoçarxında vurğulamışdır.

Bu təşəbbüs Ermənistanın Avropaya inteqrasiya uğrunda mübarizə aparacaq siyasi və ictimai təşkilatları ilə bir sırada durmalıdır. Bununla belə, Xzmalyanın özü hesab edir ki, Ermənistanda belə təşkilatlar çox az — cəmi bir və ya iki ədəddir, bütün qalanları isə, hakimiyyətlə yanaşı Rusiya xüsusi xidmətlərinin maraqlarına müvafiq fəaliyyət göstərir.

İntəhası, nə bu və hətta nə də Xzmalyanın Rusiyanı bu əsr ərzində üçüncü növbəti süqutun— vaxtilə Rusiya imperiyasının və SSRİ-nin çökməsi kimi süqutun gözləməsinə dair proqnozu deyil, Xzmalyan və onun silahdaşlarının Ermənistanın gələcəyi və respublikanın qarşısında duran problemlərin həlli yollarına dair görüşləri maraqlıdır. «Yaranmış geosiyasi vəziyyətdə biz əminik ki, Ermənistanda milli təhlükəsizlik və mədəniyyətin, insanların və xalqın hüquqlarının, iqtisadi və siyasi azadlıqlarının qorunub inkişaf etdirilməsi yalnız Vətənimizin Avropa ittifaqı və Şimali Atlantika alyansına üzvlüyü halında mümkündür» ,- deyə o bildirir.

Avropaya inteqrasiya kursunun iqtisadi inkişaf və milli təhlükəsizliyin təmininə necə yardım göstərdiyini digər bir post-sovet respublikasının — Ukraynanın nümunəsi əyani şəkildə nümayiş etdirir ki, onun maraqlarının bariz müdafiəçilərindən olan, bütövlükdə Ermənistanda bu fəaliyyəti daha bir anti-rusiya mübarizə cəbhəsi kimi nəzərdən keçirən Xzmalyan və onun dostlarıdır.

Maydan qələbəsinədək və qələbədən sonraki ilk günlər Ukrayna, ABŞ və Avropa ittifaqı tərəfindən səxavətli yardım vədləri almış, amma bunların demək olar ki, heç biri yerinə yetirilməmişdi. Və Ukrayna iqtisadiyyatına çoxmilyardlıq investisiya əvəzinə ( Ukrayna hakimiyyətinin fikrincə , RF ilə iqtisadi əlaqələrin qırılmasından irəli gələn itkiləri kompensasiya etməli olan investisiya), Kiyev yalnız və yalnız ölkəni tam iflasdan xilas etmək üçün minimum kömək alır. Və beləliklə, qarşılarında guya Avropa bazarının açıldığı Ukrayna ixracatçıları anladılar ki, onların qarşısında artıq digər maneələr durur, şeytan detallarda –Ukrayna məhsullarının Avropa standartlarına müvafiq gəlməyən kiçik kvotalarında gizlənmişdir və s. Hələ Maydanda etiraz səslərini qaldıranların başlıca tələblərindən olan korrupsiyaya (bütün postsovet dövlətlərinin ənənəvi problemi) qarşı mübarizə bir tərəfə dursun. Hərçənd korrupsiya və hakimiyyətə gələn avrointeqrator oliqarxlarlara qarşı mübarizədə Moldovanın təcrübəsi daha maraqlıdır ki, orada avropayönlü siyasətçilər ölkə banklarından bir milyard dollar (ölkə ÜDM-in təxminən 15%) oğurlanmış, ABŞ və Aİ isə ruspərəst qüvvələrin hakimiyyətə gəlməsinə yol verməmək üçün hakimiyyətin faktiki olaraq espublikanın ən irl oliqarxı Vladimir Plaxotnyuk tərəfindən qəsb edilməsinə razı olmuşlar.

Lakin, bütün bunlara baxmayaraq, Xzmalyan əmindir ki, Ermənistanın bütün problemlərinin həll resepti Aİ və NATO-dadır. Ölməz «12 stul» əsərində Ostap Bender də «Qərb bizə kömək edəcək» əminliyi ilə problemlərin eyni həll yolunu, «Qılınc və oraq ittifaqı» üzvlərinə aşılamağa çalışırdı.

Və Xzmalyanla onun tərəfdarlarının mövqeyində ən kədərlisi hətta rusfobçuluq deyil, Ermənistanı «Rusiyanın forpostu»ndan antirus forpostuna çevirmək аrzusudur. Onun siyasi reallıqları anlamı haqqında ən yaxşı fikri Azərbaycanın Haqqin.az. saytına verdiyi gurultulu müsahibə fadə etmişdir. Söz azadlığı baxımxndan postsovet ölkələrin ən liberallarından birində yaşayan erməni müxalifətçinin insan hüquqlarının pozulması barədə boğazadək korrupsiya bataqlığında olan,bütün narazı siyasətçi və jurnalistləri həbsə alan və ya ölkədən qovan irsi diktaturanın mənafeyinə qulluq edən ermənifob sayta şikayət etməsi yetərincə qəribə və əyləncəli görünür.

Və yeni siyasi qüvvənin anonsunda ən kədərlisi isə onun liderlərindən birinin öz xalqına küfrü, və etimad göstərməməsi olmuşdur ki, Xzmalyanın Birinci Ermənistan respublikasına həsr olunmuş  sözləri buna nümunədir: «demək olar ki, 100 il bundan əvvəl məhz Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları və Millətlər Liqasının da təşəbbüs və zəmanətləri ilə ilk müstəqil erməni dövləti yaradılmışdır».Daha doğrusu, Xzmalyanın məntiqinə görə , müstəqil erməni dövlətinin yaradılmasına erməni xalqının Сəрдараbаd, Bash-Аparan və Qаrакилsə ətrafındaki qəhrəmanlığı deyil, qərb paytaxtlarındaki xeyirxah əmilər icazə vermişlər.

Bütün bunlar Ermənistanın xroniki tarixi problemini — öz siyasətində həmişə ölkənin problemlərini növbəti dəfə erməni deyil, xüsusi maraqlarını rəhbər tutan xarici qüvvələrin yardımı ilə həll etmək istəyini nümayiş etdirir. Vaxtilə belə səhvə erməni çar və knyazları yol vermiş, indi isə siyasətçilər həmin günahı təkrarlayırlar. Təəssüf ki, erməni siyasətçiləri öz tarixlərindən nəticə çıxarmaq istəmirlər. O isə öyrədir ki, xarici qüvvələrin yardımına ümid həmişə dövlətçiliyin itirilməsilə gətirib çıxarır və erməni hökmdarları daha çox uğura öz güclərinə arxalanaraq, ölçülüb-biçilmiş siyasət apardıqları zaman nail olurlar.

Xzmalyan və digər antirusiya xadimlərinin paradoksallığı Ermənistanda təəccüb doğurur. Guya bir ölkədən həddindən artıq asılılığa qarşı etiraz edərək, bu problemin həll vasitəsi kimi başqa ölkələrdən tam asılı vəziyyyətə düşməyi irəli sürür və Qərbin köməyi ilə müasir Ermənistana xas olan korrupsiya, seçkilərin falsifikasiyası kimi pis halların kökünü kəsməyin mümkünlüyünü hesab edir və nədənsə erməni korrupsionerlərinin öz pullarını guya xidmət etdikləri Rusiyada deyil, Qərbdə saxladıqlarına məhəl qoymurlar.Və yalnız Rusiya deyil, həm də Avropa strukturları , Avropa ittifaqı ölkələri və ABŞ-ın Ermənistandaki bütün seçkiləri tanıdıqlarını etiraf və Ermənistan hakimiyyətilə əməkdaşlıq edirlər. Və Rusiya ilə önəmli əlaqələrin digər güc mərkəzləri ilə yaxşı münasibətlər inkişafı ilə birləşdirməklə öz maraqlarını müdafiə etmək olmazmı sualının fərqinə varmırlar. Ermənistanla yanaşı KTMT və Avroasiya ittifaqında usiyanın müttəfiqləri Qazaxıstan və Belarusun nümunəsi bunun tamamilə mümkün olduğunu göstərir.

Onlar həmçinin müharibə vəziyyətində olan Ermənistanın Rusiya ilə münasibətlərin kəsilməsi halında bazar qiymətləri ilə silah və qaz alınması üçün resursları haradan əldə edəcəyinə dair suala konkret cavabdan boyun qaçırırlar.Yaxud erməni istehsalçıları üçün yeni ixrac bazarıynı harda tapmaq? Axı, Ukrayna timsalında qeyd olunmuşdu ki, bütün dəyər və üstünlüklərinə baxmayaraq, bu çox mürəkkəb prosesdir.

«Xzmalyançılar» Qərbin regionda artıq NATO-nun və Aİ ilə gömrük ittifaqının üzvü olan müttəfiqi — Türkiyənin varlığını xatırlamağı lazım bilmirlər. Həm də Avropaya inteqrasiya yolu ilə gedən qonşu Gürcüstan nümunəsinin göstərdiyi kimi, bu yol Türkiyə ilə sıx əməkdaşlığı (o cümlədən hərbi sahədə) və onun maraqlarına müvafiq olmağı nəzərdə tutur . Axı, Ermənistan Türkiyə ilə nəinki mürəkkəb tarixi münasibətlərə malikdir, Ankara həm də Bakının hərbi-siyasi müttəfiqi və «böyük qardaşıdır».

Rusiya və onun hakimiyyətini sevmək və ya sevməmək olar, ancaq onun Ermənistan üçün mühüm maraq və mövqelər üzrə vacib məsələlərinə məhəl qoymamaq ən böyük ağılsızlıqdır.Hər hansı bir erməniyönlü siyasətçi istər-istəməz Rusiya ilə əməkdaşlıq etməyə məcbur olacaq.

Ancaq eyni yanaşma ABŞ və dünyanın başqa güc mərkəzlərinə də aiddir. Axı, Ermənistanın siyasət meydanında qızğın rusofoblarla yanaşı Ermənistanın problemlərinin həllini yalnız Moskva ilə bağlayan qatı ruspərəstlər də var. Sonuncular, hazırda Qərbin qabaqcıl texnologiyalar, beynəlxalq qurumlar və beynəlxalq maliyyə təşkilatlarına nəzarət olduğunu unudaraq, öz növbəsində Qərbdə yalnız «günah məskəni» və bütün dünyaya öz əxlaqsız həyat tərzini təbliğ edən qeyri-ənənəvi cinsi azlıqların «yuva»sını görür.

Hazırlayanı Hayk Хаlатyan