“Evro Stroy-S” MMC tikinti şirkəti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.

ANN.az xəbər verir ki, şirkət nazirliyin müfəttişinin 631 min manatlıq cərimə sanksiyasının ləğv olunmasını tələb edib.

Qeyd edək ki, nazirliyin müfəttişi sanksiya sənədini 2014-cü il fevralın 19-da imzalayıb.

“Evro Stroy-S” MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here