Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib.

Bu barədə AzVision.az-a Sumqayıt sakinləri məlumat verib.

Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb. Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib.

“Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, bu, Zakir Fərəcovun göstərişidir”.

Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi “Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here