Azərbayca Dövlət Neft Şirkəti Ukraynada “İnternational card” adlı xüsusi beynəlxalq yanacaq kartı buraxıb.

ANS PRESS-in məlumatına görə, bu barədə AZƏRTAC-a Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

SOCAR-ın buraxdığı xüsusi beynəlxalq yanacaq kartı Ukrayna sakinlərinin özlərinə məxsus və ya kirayə götürülmüş avtomobillərdə Gürcüstan ərazisində daha rahat hərəkət etmələrinə, valyuta mübadiləsi məntəqələri və keyfiyyətli yanacaq axtarmaq üçün vaxt itkisini aradan qaldırmağa imkan verir.

Məlumata əsasən “İnternational card” sahibləri yanacaq haqqını öz ölkəsində, məsələn Ukraynada milli valyuta ilə nağdsız qaydada ödəyərək, sonra Gürcüstanda heç bir tranzaksiya əməliyyatı aparılmadan yanacaq ala bilərlər. Gürcüstandan Ukraynaya turist kimi, ezamiyyətə və başqa məqsədlə gedən şəxslər üçün də bu kartlarla işləmək prinsipi eynidir.

“İnternational card” beynəlxalq yanacaq kartının bir sıra üstünlükləri var. Yeni vasitəsi ilə valyuta dəyişməyə xərclər, habelə Ukraynada və Gürcüstanda yanacağın qiymətindəki fərqlər aradan qalxdığı üçün pula qənaət etmək olar. Həmçinin başqa ölkədə yanacaqdoldurma stansiyalarının xidmətindən istifadə edərkən dil baryeri aradan qaldırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here