İran və Azərbaycan arasında altı illik gərgin münasibətdən sonra İranın yüksək vəzifəli məmurlarının Bakıya və Azərbaycan nazirlərinin Tehrana səfərləri yaxınlaşmaya cəhdi sübut edir. Bu yaxınlaşma qismən bu ölkələrin eyni düşmənlər ilə rastlaşacağı təhlükəsi ilə şərtlənib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın xəbər portalı “Payvand Iran News” yazır.

Sayt qeyd edir ki, artıq bir çox ölkələr İslam respublikasının nüvə proqramı üzrə razılıq imzaladıqdan sonra İran ilə əməkdaşlıq etmək arzusunu bəyan edib, amma İran prezidentinin sözlərinə görə, hal-hazırda Azərbaycana üstünlük verilir.

“Tehran Bakı ilə iqtisadi və strateji münasibətlərini, Azərbaycan və İsrail arasında mövcud olan diplomatik münasibətlərə dair narazılığa baxmayaraq qaydaya salmaq niyyətindədir”, – “İran Azərbaycan ilə yaxınlaşmağa çalışır” adlı məqalədə qeyd edilir.

Corctaun universitetinin beynəlxalq münasibətlər üzrə professoru Şirin Hanterin sözlərinə görə, bütün təzadlara baxmayaraq, bu iki ölkə bir-biri ilə münasibətlərdə gərginliyə yol verməməyə çalışıblar.

O əmindir ki, Bakının da İran ilə yaxşı münasibətlər arzulamaq üçün səbəbləri var:

“Azərbaycana İran lazımdır, çünki Naxçıvan Muxtar Respublikasına çıxış İrandan həyata keçirilir. Naxçıvan İransız bacarmayacaq. Ermənistan ilə münaqişəsi olan Azərbaycan, İran ilə münaqişəyə gedə bilməz. Bunu İran haqqında da demək olar. Bundan başqa, çox sayda azərbaycanlılar İrana tibbi müalicə və alış-veriş üçün gedirlər”.

İran və Azərbaycan rəhbərlərinin 2014-cü ildə doqquz ay ərzində dörd görüş keçirmələri hər iki dövlətin, xüsusilə indi ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qaldıqları bir dövrdə, münasibətlərin yaxşılaşdırılmasının labüdlüyünü görmələrini sübut edir”, – materialda qeyd edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here