SHARE

Azərbaycanda 10-yaşlı qızın onu tərbiyə edən xalasından ayırıb atasına verilməsinə dair məhkəmə qərarının icrası ilə əlaqədar əsl qalmaqal qızışmaqdadır. Sosial şəbəkələrdə məhkəmə icraçılarının uşağı ona qəyyumluq edən qadının əlindən alarkən güc tətbiq etmələri əks olunan videoyazı meydana çıxandan sonra Azərbaycanın Quba rayonunun 10-yaşlı sakininin tarixçəsi geniş ictimai rezonansa səbəb olmuşdur.

Yanvarın 5-də YouTub-da yerləşdirilən videoda xüsusi forma geymiş adamların qız uşağını qadının əlindən necə kobudluqla dartıb almaları təsvir olunur. Uşaq ağlayır və son dərəcə qorxur, ancaq bu, qolugüclü kişiləri heç də dayandırmır. Sosial şəbəkə istifadəçiləri videoyazını fəal yaymağa başlamışlar.

Ailə, qadın və uşaqların problemləri üzrə Azərbaycan dövlət komitəsinin insidentlə əlaqədar yaratdığı işçi qrupu başda qurumun rəhbərinin müavini Aynur Sofiyeva olmaqla yanvarın 8-də Quba rayonuna səfər edərək, yerindəcə araşdırmalar aparmışdır. Dövlət Komitəsinin yanvarın 8-i axşamı yaydığı bəyanatında deyilir ki, işçi qrupu qız və onun qohumları ilə görüş keçirmiş, uşağın öz xalası Mehriban Eldarovla yaşadığı şərait ilə tanış olmuşdur.

Məlumatda deyilir ki, qız xalasını ana deyə çağırır və istəmir ki, onları ayırsınlar. Dövlət Komitəsinin məlumatına görə, qızın anasının ölümündən sonra 2010-cu ildə Quba rayon icra hakimiyyətinin qərarı ilə Eldarova uşağın qəyyumu təyin edilmişdir. Lakin 2012-ci ildə Quba rayon məhkəməsi qızın atası Əvəz Bayramovun uşağın ona verilməsinə dair iddiasını təmin etmişdir. Sonradan Azərbaycanın Sumqayıt apellyasiya və Ali məhkəmələri birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışlar.

7 dekabr 2016-cı ildə bu məhkəmə qərarının icrası prosesində qız güclü stress yaşamışdır.

«Quba rayon mərkəzi xəstəxanasının həkim-psixiatrı qərarın icrası zamanı göstərilən fiziki təzyiqlər nəticəsində həddi-buluğa çatmamış uşaqda psixi-emosional vəziyyətin kəskin dəyişməsinin şahidi olmuş və qızın həyat şəraitinin dəyişməsinin ona mənfi təsiri olacağına dair tibbi rəy vermişdir», — deyə Dövlət Komitəsinin bəyanatında bildirilir.

Yuxarıda göstərilənlər nəzərə alınmaqla, Dövlət komitəsi məhkəmənin uşağın atasına verilməsinə dair qərarlarından irəli gələn prosedurların yerinə yetirilməsinin məqsədəuyğun olmaması qənaətinə gəlmişdir, çünki bunlar uşaqların müdafiəsi sahəsində Azərbaycan qanunvericiliyi və beynəlxalq aktlarla ona verilən hüquqları pozur.

«Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq konvensiyalara uyğun olaraq bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətlərində uşaqların mənafeyini hər şeydən üstün tutmalı və onların hüquqlarının həyata keçirilməsi üçün şərait yaratmalıdırlar. Qərarların yerinə yetirilməsi uşaqların həyatına, inkişaf və sağlamlığına zərər vurmamalıdır», – deyə məlumatda qeyd edilmişdir.

Uşağa qarşı icraçı məmurların zorakılığina gəlincə, Dövlət komitəsi bu məsələ ilə bağlı Ədliyyə nazirliyi ilə əlaqələri dəstəkləyir ki, o, artıq insidentlə əlaqədar xidməti araşdırma aparır. Onun nəticələri üzrə qanunvericiliyə uyğun olan addımlar atılacaq.

Bununla yanaşı, 10 yaşlı Nurayın xalası Mehriban Eldarova APA –ya bildirib ki, onun bacısı Rübabə Хudaverdiyeva xərçəng xəstəliyindən əziyyət çəkirdi və 2008-ci ildə əri Əvəz Bayramovdan ayrılmışdı. Onun sözlərinə görə, o vaxtdan indiyə qədər, 2010-cu ildə Rübabənin vəfatınadək Mehribanın ailəsi ona və onun uşağına qulluq və qayğı göstərmişdir. 2011-ci ildə uşağın atası iddia ərizəsi verib, bir il sonra isə məhkəmə Mehribanın hamilik hüququnu ləğv etmişdir.

Millət vəkili Vahid Əhmədov uşağı onun xalasının tərbiyə etdiyini təsdiqləmişdir.

deputat-2«Mən bu mövzuda Quba rayon məhkəməsinin sədri ilə danışmışam. Məhkəmə sədri bildirib ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət ediləndə o, tərəfləri dəvət edərək söhbət aparmış və onları sülh sazişinə çağırmışdır, ancaq onlar hər halda razılığa gəlməmişlər.Sədr, həmçinin bildirib ki, o, Nurayın işi üzrə qərar çıxarmışdır. Mən məhkəmənin işinə müdaxilə etmək istəmirəm. İntəhası, baş verənlərlə əlaqədar mən Ədliyyə nazirliyinə, məktub hazırlamıram və bu məsələ araşdırılacaqdır. Uşağın zorla birinin əlindən alınıb о birinə verirlməsi, orada baş verənlər, qadına göstərilən münasibət – bütün bunlar Azərbaycan ideologiyasına və bizə yaraşmaz. Belə hərəkətlər heç bir çərçivəyə sığmır. Elə təsəvvür yaranır ki, icraçılar (məhkəmə icraçıları) başqa ölkədən gəlmişlər»,- deyə o bildirmişdi.

elchinVəkil Elçin Sadıqov hesab edir ki, 10 yaşlı bir qız uşağı ilə problemli vəziyyətin yaranmasına səbəb qeyri-obyektiv məhkəmə araşdırmaları və məmurların səhlənkarlığı olmuşdur. «Belə bir vəziyyətin yaranmasında rayon icra hakimiyyəti nəzdində qəyyumluq üzrə komissiyanın bütün halları araşdırmadan uşağın ataya verilməsi haqqında qərar qəbul edən daşürəkli məmurları təqsirkardırlar. Məhkəmələr də həmçinin, problemin mahiyyətinə varmadan qərar qəbul etmişlər. Məsuliyyət, həmçinin icra üzrə qanunvericiliyin obyekti olmayan uşağa qarşı məhkəmə qərarlarının məcburi icrasına gedən məmyrların da üzərinə düşür»,- deyə Sadıqov Facebookda yazır.

O, əlavə edib ki, qanunvericiliyə əsasən, uşağın xalası qəyyumluğun bərpası üçün yenidən məhkəməyə müraciət edə bilər və araşdırmalar zamanı 10 yaşlı qızın fikri də nəzərə alınmalıdır.

Nuray Bayramzadənin atası Əvəz Bayramov isə, baş verənlərlə bağlı öz versiyasını danışdı. Jurnalistlərin Nurayın anası ilə ailə həyatına dair suallarının cavabında Bayramov qeyd edib ki, həyat yoldaşı 2007-ci ilin sentyabrında özü onu tərk edib. Onun dediyinə görə, bu, həyat yoldaşı anasıgildə olarkən baş vermişdir.

«Ailəliklə məzuniyyətdə idik, o, anasıgilə getmək istədi, mən onu apardım, üç gün sonra isə o mənə zəng edib bildirdi ki, qayıtmaq istəmir və boşanır. Guya mən gecə növbəsində reanimasiyada işlədiyimdən vaxtımı harda keçirdiyim məlum deyil»,- deyə kişi bildirdi. O, qeyd etdi ki, uşaq üzərində qəyyumluq barədə məhkəmə araşdırmaları artıq 2011-ci ildən gedir və o, qızın xalasının bəyanatlarına baxmayaraq, qızının başqasının evində böyüməsinə heç cür razı ola bilməz.

Vəkil Adəm Həsənov hesab edir ki, məhkəmə düzgün qərar çıxarıb, lakin onun icrası düzgün olmamışdır.

«Uşağı anasından və ya qəyyumundan alıb tərbiyə üçün atasına yalnız məhkəmə verə bilər. Buna nail olmaq məqsədilə işin yenidən baxılması üçün ananın uşağa münasibətdə öz vəzifələrini yerinə yetirməməsinə dair tutarlı dəlillər təqdim etmək lazımdır. Bu, himayəsində yetkinlik yaşına çatmayan uşaq olan qadının içki düşkünü yaxud narkoman olması halında baş verir. Bütün bu ittihamlar öz təsdiqini xəstəxana, dispanser və ya sahə müvəkkilinin arayışlarında tapmalıdır. Əgər ana və ya qəyyum uşağa münasibətdə layiqincə qayğı göstərmirsə, həmçinin ata da məhkəmə vasitəsilə uşağı özünə qaytarmağı tələb edə bilər. Yadda yalnız bir şeyi saxlamaq lazımdır: təkcə sübutlar kifayət deyil, məhkəmə prosesinə belə məlumatları bilavasitə iclas zalında təsdiq edə bilən şahidləri aparmaq lazımdır»,- deyə vəkil vurğulamışdır.

Hər halda, bütün bu tarixçə bir daha göstərir ki, uşaq hüquqlarının müdafiəsinin təmini yzrə qanunlar təkmilləşdirilməlidir. Və yəqin ki, parlamentçilər bu istiqamətdə lazımi qanunyaradıcılığı işləri aparacaqlar. Bütün bu əhvalatın uşağın psixoloji durumunda öz əksini heç də önəmli surətdə tapmaması ısə başqa məsələdir.

Məqsud Talıblı