Avropa Azərbaycan Cəmiyyəti bu günlərdə Londonda caz sənətinin pərəstişkarlarını azərbaycanlı pianoçu və caz ifaçısı İsfar Sarabski ilə görüşdürüb. Qonaqların Avropanın və Londonun ən məşhur caz klublarından olan “Ronnie Scott’s”da İsfar Sarabskinin improvizə olunmuş musiqi ifalarını dinləmək imkanı olub. Bu barədə TEAS-dan AZƏRTAC-a məlumat verilib.

Demək olar ki, caz kompozisiyalarını tamamilə özü tərtib edən İsfar “Déjàvu”, rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” əsərindən parçalardan ibarət variasiyaları, “Prélude”, “Transit to New York”, “Edge” kompozisiyalarını fərqli şəkildə dinləyicilərə təqdim edib.

Caz gecəsi İsfarın ən məşhur əsərlərindən biri – “G Man” kompozisiyasının ifası ilə başa çatıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here