ANS PRESS-in məlumatına görə, avqustun 27-29-da “One Caucasus” (“Vahid Qafqaz”) adlı festival keçiriləcək. Tədbir Gürcüstanda baş tutacaq.

Festivalın təşkilatçılarından verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Qafqazdakı gəncləri dinc və təhlükəsiz məkanda yaşamağa səsləməkdir.

“Festival simvolik olaraq, Gürcüstanda Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında Marneulinin Tsearkvi kəndində keçirilir” – deyə təşkilatçı əlavə edib.

Üç günlük mədəni-maarifləndirici tədbirdə azərbaycanlı, gürcü və erməni uşaqlar da musiqi proqramı ilə çıxış edəcək.

Layihə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi və Marneuli bələdiyyəsi tərəfindən maliyyələşdirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here