Gürcüstan və Azərbaycan turizm sahəsində, həmçinin birgə turist marşrutları, infrastruktur layihələr və marketinq kompaniyaları yaratmaq yolu ilə birgə layihələr həyata keçirməyi planlaşdırırlar. Bu haqda Gürcüstanın milli turizm idarəsində bildirmişlər.

Onların verdiyi məlumata görə, bu məsələlər Bakıda, Gürcüstanın İqtisadiyyat və sabit inkişaf nazirliyi nəzdində Milli turizm idarəsinın rəhbəri Giorgi Çoqovadze ilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfləz Qarayev arasında müzakirə olunmuşdur.

Agentlikdə Dalma News-ə bildirdiklərinə görə, Giorgi Çoqovadze azərbaycanlı həmkarlarını Gürcüstanda hazırki turizm layihələrilə taniş edərək vurğulamışdır ki, turizm Gürcüstan iqtisadiyyatının başlıca prioritetlərindəndir.

Azərbaycana səfəri zamanı Çoqovadze həmçinin Azərbaycanın Konvensiyalar və Turizm təşkilatında bir sıra görüşlər keçirmişdir. Milli turizm asminstrasiyası rəhbərinin səfərində başlıca məqsədlərdən biri içgüzar turizm sahəsi – MICE üzrə təcrübə mübadiləsi olmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here