Gürcüstanın Ədliyyə Nazirliyi bu ilin birinci yarısı üzrə xarici vətəndaşlarla nikahlara dair statistik məlumatı açıqlayıb.

Oxu.Az “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, statistikaya əsasən Gürcüstandan 465 qız Rusiya vətəndaşları ilə nikah bağlayıb. Türkiyə vətəndaşları ilə 186 gürcü qız ilə ailə qurub.

Üçüncü yerdə Azərbaycandır, həmvətənlərimiz 105 gürcü qız ilə ailə qurublar. 4-cü yerdə Yunanıstan (96), beşinci yerdə isə Ermənistandır (63).

Gürcülər xarici qadınlardan ən çox rus qadınları ilə ailə qurmağa üstünlük verirlər. İlin birinci yarısında Gürcüstanın 891 vətəndaşı rusiyalı qızlarla nikaha girib. Azərbaycanlı qızlarla ilə 227, ermənilərlə 188 Gürcüstan vətəndaşı nikah bağlayıb. Dördüncü yerdə Ukrayna qızları (175), amerikalı xanımlar (30) isə beşinci yerdədirlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here