Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq “Əli və Nino”nun heykəli ucaldılacaq. İşlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur. Milli.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir.

Qeyd edək ki, memarlar abidənin dünya memarlığında bir ilk olacağını deyirlər. Hazırda Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Heykəllərin hündürlüyü 3.5 metr olacaq.

Memarı Cahid Həsənov olan, azərbaycanlı və gürcü gənclərin sevgisinə həsr edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.

“Əli və Nino” abidə kompleksinin memarı Cahid Həsənov bilirib ki, “Bu heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə “Əli və Nino” tərənnüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri yaradılacaq ki, bu da onların eşqinin səmaya uçuşunu simvolizə edir”.

Bundan başqa, abidənin ətrafında 3 fəvvarə quraşdırılır. Fəvvarələr vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli Şərq üslübunda, lakin modern formada olacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here