Azərbaycan bazarı yeni qiymət artımı gözləyir. Bu, Azərbaycanın Sərbəst istehlakçılar birliyinin sədri Eyyub Hüseynovun fikridir.

Sputnik” in verdiyi xəbərə görə, ekspertin rəyincə, qiymət artımının əsas səbəbi idarə olunan möhtəkirlik və qeyri-münasib hava sərati üzündən kənd təsərrüfatı məhsullarının qıtlığıdır.

“Kənd təsərrüfatı məhsulları bazarında milli valyutanın devalvasiyasından sonra, ötən ilin analoji dövru ilə müqayisədə qiymətlər 18-20% qalxmışdır. Bənzər vəziyyət inşaat materialları bazarında da müşahidə olunur”,- deyə Hüseynov vurğulamışdır.

Onun sözlərincə, nəinki xarici tikinti materialları, həmçinin yerli materiallarin da qiymətləri qalxmışdır.

“Tələbatın azalmasına baxmayaraq, yerli tikinti materiallarının qiymətləri 25-30% artmışdır”-deyə o əlavə etmişdir.

Məktəb formaları mövzusuna toxunan Hüseynov qeyd etmişdir ki, qiymətlər yol verilən normanı ötür. “Problemin həlli üçün Bakı toxuculuq fabrikinin monopoliyasını aradan qaldırmaq və istənilən istehsalçının öz malını bazara çixara bilməsinə imkan yaratmaq lazimdır. Belə olan halda məktəb geyimlərinin qiyməti 50%-dək enə bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here