Populyar intellektual “Nə? Harda? Haçan?” oyunu üzrə dünya çempionatı gələn il Dzaxkadzorda aparılacaq. Bu haqda KİV nümayəndələrinə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan və bloger Tiqran Koçaryan bildirmişlər.

Onların sözlərincə, yaxınlarda beynəlxalq klublar Assosiasiyası “Ermənistan Bilicilər Assosiasiyası”nın çempionatın Ermənistanda keçirilməsinə dair müraciətinə öz razılığını vermişdir.

“Dünya çempionatı Ermənistan prezidentinin himayəsilə Dzaxkadzorda keçiriləcək. Bizim çempionatın Ermənistanda keçirilməsi üçün ərizə vermək niyyətimizdən yeganə xəbəri olan şəxs prezident olmuşdur “,- deyə Armen Aşotyan bildirmişdir ki, elə erməni tərəfdən koordinasiya işlərilə də nazirin özü məşğul olacaq.

Nazir həmçinin qeyd etmişdir ki, son on il ərzində Ermənistanda intellektual hərəkat daim hökumətin dəstəyini qazanır: oyunların təşkilinə büdcədən vəsait ayrılır, eləcə də Ermənistanda intellektual hərəkatın təbliği və daha çox yayılması üzrə sistematik iş aparılır. Bu məqsədlə müxtəlif festival və olimpiadalar təşkil olunur. İntellektual hərəkata həmçinin məmurlar da qoşulmuşlar: onlar müxtəlif komandaların tərkibinə daxil olur və müntəzəm olaraq oyunlarda iştirak edirlər.

“Ermənistanda yeni nəsl yetişir və 00-ci illərdə ölkədə intellektual hərəkatın yoxa çıxmaq təhlükəsinə baxmayaraq biz çox illər boyu onu qoruyub saxlamağa müvəffəq ola bilmişik”,- deyə Armen Aşotyan əlavə etmişdir.

Konfransın digər iştirakçısı bloger Tiqran Koçaryan öz növbəsində bildirmişdir ki, oyunun rusdilli yönümünə baxmayaraq, son illər əsas aksent onun erməni versiyasına edilir.

Qeyd edək ki, bir neçə həftədən sonra oyun üzrə partnyorlar Dzaxkadzorun mehmanxana şəraitilə tanış olmaq və təşkilati məsələlərin həlli üçün Ermənistana gələcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here