Dünya bazarında neftin qiyməti xeyli ucuzlaşıb. Artıq bir çox ölkələrdə benzinin qiymətində azalmalar qeydə alınır. Ölkəmizə xaricdən idxal edilən Premium benzinin (Avro 95) qiymətində isə azalma müşahidə edilmir.

Qeyd edək ki, ölkə ərazisində istehlak olunan benzinin əksər hissəsi (təxminən 95%-i) Aİ-92 markalı benzindir və bu markalı benzin tamamilə daxildə istehsal edilir.

Bundan əlavə, Tarif Şurası tərəfindən 2013-cü il 3 dekabrıdan Aİ-92 markalı benzinin pərakəndə satışı üçün qiymət hər litr üçün 70 qəpik müəyyənləşdirilib.

Dünya bazarında xam neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətinin aşağı salınmamasının səbəbi odur ki, Aİ-92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur. Odur ki, hazırda Tarif Şurasında benzinin qiymətinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.

Tarif Şurasından bildirilib ki, hazırda ümumi istehlakda payı çox az olan (təxminən 4-5%) “Premium Avro-95” benzini isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here