“BBC Monitoring” Azərbaycandakı fəaliyyətini yekunlaşdıraraq ölkədən getməyə hazırlaşır.

“BВС Monitoring” 6 ay ərzində Azərbaycandakı fəaliyyətini başa vurub Tiflisə köçəcək.

“ВВС Monitoring”in Bakı ofisindən bu informasiyanı şərh etmək istəməyiblər. BBC-nin Londondakı mənzil-qərargahından və rus xidmətindən də bu xəbərə şərh verməkdən imtina ediblər.

Yada salaq ki, “ВВС Monitoring”in bürosu Azərbaycanda 15 ildən çoxdur fəaliyyət göstərir. Bu illər ərzində büro tərəfindən kəskin analitik materiallar hazırlamaq da daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

“ВВС Monitoring” Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bütün dünyada TV-lər, çap və internet mənbələri üzərində monitorinqlər aparılmasına məsul qurumudur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here