Batumidə (Gürcüstan) intellektual oyunlar üzrə IV Qara dəniz Açıq kuboku keçirilmişdir. Çempionatda əksəriyyəti Azərbaycan, Gürcüstan və Ermənistandan olan 50-dən çox komanda iştirak etmişdir.

“Trend Life”ın Azərbaycan intellektual klublar assosiasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu dəfə əsas etibarilə “Nə? Harda? Haçan?” oyunu üzrə pyedestaldaki bütün yerləri Azərbacan oyunçuları tutmuşlar. Belə ki, birihci yer Nigar İbrahimovanın komandasına, ikinci – Balaş Qasımovun komandasına nəsib olmuş, Faiq Hüseynovun komandası isə bürünc medal qazanmışdır.

Qara dəniz Açıq kuboku intellektual oyunlar üzrə başlıca beynəlxalq çempionatlardan biridir, ki ora hər il Cənubi Qafqazın, eləcə də Rusiya və yaxın xarici ölkələrin ən yaxşı oyunçuları toplaşır. Bu, “Bilicilər” üçün hər şeylə yanaşı, həmçinin Qara dəniz sahilində bir neçə gün şən kompaniyada dincəlməklə səfanı fayda ilə birləşdirməyin gözəl üsulu idi. Odur ki, həmin çempionatın xüsusi uğur qazanması təəccüblü deyil.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here