Bakıda Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı Vanessa Şahinoviç hərəkət qabiliyyətini tamamilə itirə bilər.

ANSPRESS Avstriyanın sport.at saytına istinadən xəbər verir ki, hazırda ailə qızları üçün mənzil axtarır. Onların yaşadığı mənzil ikinci mərtəbədə olduğundan, idmançının əlil arabası ilə ikinci mərtəbəyə qalxması çətinlik yaradacaq.

Viener Neudorfun bələdiyə sədri Herbert Yanschka öz bloqunda insanlara müraciət edib. Bələdiyyə sədri yardım etmək istəyənlər üçün ailə ilə əlaqə vasitələrini də bloqunda qeyd edib.

Qeyd edək ki, iyunun 11-də Atletlər kəndində avtobus 3 avstriyalı idmançını vurmuşdu. Digər iki idmançının xəsarəti ağır olmamışdı. Vanessa isə bud və çanaq nahiyəsi, həmçinin bel sümüyündən ciddi zədə almışdı. İndi onun bir neçə dəfə cərrahiyə əməliyyatı olunması lazımdır.

Faktla bağlı cinayət işi başlanılıb. Avtobusun sürücüsü barəsində həbs qəti-imkan tədbiri seçilib, istintaq aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here