Bakı şəhər Dövlət Yol Polisinin paytaxt küçələrinin ən sürətli sürücüləri ilə ulduzu deyəsən barışmır. Belə ki, motosikletçilər tez-tez saxlanılır, cərimə meydançalarına aparılırlar.

Qeyd edək ki, onlar ölkə rəhbərliyinə müraciət edərək bu cür saxlanılmaların qanunsuz olduğunu bildiriblər. Bununla bağlı həm sosial şəbəkələrdə, həm də internet saytlarında bir çox videolar da paylaşılıb.

Məlumatlara görə, paytaxtdakı bu əməliyyatlar Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayevin əmri ilə həyata keçirilir. O, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, prosesə şəxsən özü nəzarət edir. Rəis müavini son vaxtlar Bakı şəhərində baykerlərin fəaliyyətindən ciddi narahat olduğunu da deyib. “Yüksək sürətlə təhlükə yaradırlar, qaz verirlər və gurultu qopardırlar”, – Babayev əlavə edib.

Bundan əlavə, R. Babayev həmçinin 8 ay ərzində baykerlərə qarşı həyata keçirilən tədbirlər barədə də məlumat verib. O qeyd edib ki, göstərilən müddət ərzində 19 hadisə, 8 ölü, 9 yaralı ilə nəticələnən hadisə motosikletçilərin iştirakı ilə baş verib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here