Bakıda “7 Hills” yaşayış kompleksinin 100-dən çox aldadılmış payçısı tikinti şirkətinin ofisinin qarşısında etiraz aksiyası keçirib. Bu barədə “Haqqin.az” bildirir.

Nümayişçilər şirkət rəhbərliyindən ya onlara pulların geri qaytarılmasını, ya da yaşayış kompleksinin tikintisinin davam etdirilməsini tələb ediblər.

Qeyd edək ki, Keşlə qəsəbəsində keçmiş beton zavodu ərazisində tikintisi aparılan “7 Hills” yaşayış kompleksinin ofisi bağlanıb. Bu tikilinin reklamı ilə isə Beynəlxalq Bank məşğul olurdu. Reklama əsasən, müştərilər 15 ilə kimi ipoteka ilə buradan mənzil əldə edə bilərdilər.

Geri qaytarılmayan milyardlıq kreditlər və bankın direktoru Cahangir Hacıyevin istefası layihənin sonlanmasna səbəb olub. İndi payçılar problemlərini özləri həll etməyə çalışırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here