Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

T. Bayatlının sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Xatırladaq ki, avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb. Kəmər vasitəsilə qazın nəqli dayandırılıb.

Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here