Oxu.az portalı bu sabah Bakı Caz Mərkəzinin bağlanması ilə bağlı xəbər yayıb. Məlumatın Yazıçılar Birliyinin üzvü Zəhra Bədəlbəyli tərəfindən verildiyi bildirilib.

Mərkəzdən “Baku Jazz Center”in bağlanması barədə məlumatı təsdiqləyərək qeyd ediblər ki, tikili təmir üçün qeyri-müəyyən müddətə bağlanıb.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də məsələyə və yayılan xəbərlərə münasibət bildirib: “Caz Mərkəzi bağlana bilməz və bağlanmayacaq da. Ora əvvəllər də restoran kimi fəaliyyət göstərib. İndi təmir gedir, yenidən caz həvəskarlarının ixtiyarına veriləcək. Təkrar edirəm ki, mərkəz bağlanmayacaq”.

Qeyd edək ki, mətbuatda Bakı Caz Mərkəzinin fəaliyyətini dayandırması haqqında məlumat yayılıb. İddialara görə, mərkəz qeyri-müəyyən müddətə bağlanıb və yenidən istifadəyə veriləndən sonra milli restoran kimi fəaliyyət göstərəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here