Bakıda xəbər gəzəndə ki, tezliklə avtobuslarda ödəniş kart sistemi vasitəsilə aparılacaq şəhər sakinləri səbirsizliklə gözləməyə başladılar. Aylar keçdi, amma xəbər elə sözdə qaldı. Artıq insanlar sürücünün əlinə qəpik qoymağı “tərgidib”, kart vasitəsilə gediş haqqını ödəmək xəyallarıdan əl çəkməyə başladılar.

ANS telekanalı məsələni aydınlaşdırmağa qərar verdi. Nəqliyyat Nazirliyindən verilən cavabsa ürəkaçan deyildi – ödəniş kart sisteminin tətbiqi yenidən – ilin sonuna kimi təxirə salınır.

“Haqqin.az” portalı xəbər verir ki, bu haqda Nəqliyyat Nazirliyinin nümayəndəsi Namiq Həsənov ANS telekanalına müsahibəsində bildirib. “Ölkəyə müəyyən avadanlığın çatdırılmasında ləngimələr var. Amma əminəm ki, ilin sonuna kimi bu sistem tətbiq ediləcək”, – o deyib.

Düzdür, ələ olan informasiyaya görə, kart sistemi artıq Baku Bus-ın yeni avtobuslarında tətbiq edilib. Qeyd edək ki, bu avtobuslar xətlərə yeni buraxılıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here