ASC“Bank VTB (Azərbaycan)” Rusiya rublu ilə ipoteka krediti tətbiq etmək niyyətindədir.

Haqqin.az“-ın məlumatına görə, bu barədə Bankın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirmişdir.

“Hazırda biz partnyorlarımızdan birilə Rusiya rublu üzrə ipoteka krediti təqdim etməklə bağlı danışıqlar aparırıq. Biz həmçinin, bu təşəbbüsün bazarda nə dərəcədə keyfiyyətli və faydalı olacağını araşdırırıq. Tikinti sektorunda fəaliyyət göstərən partnyorumuzun qənaətinə görə, belə təklif bazarı maraqlandıra bilər”,-deyə Tural Vəliyev əlavə etmişdir.

Onun fikrincə, rubl ipotekası bankın Rusiya ilə bağlı və gəliri rublla göturən müştərilər kateqoriyasını maraqlandıra bilər (belələri isə Azərbaycanda az deyil).

Departamentin rəhbəri rublla ipoteka krediti üzrə gələcək faiz dərəcələrini açıqlamağa çətinlik çəkmiş, yalnız bunların Rusiyadaki stavkalara yaxın olacağını qeyd etmişdir.

Qeyd edək ki, ASC“Bank VTB (Azərbaycan)” “Bank VTB (PAO)-nın qız bankı olaraq korporativ biznes, xırda biznes və xüsusi müştərilərə xidmət göstərir.

Bu gün bank 14 filial və Baş ofis nəzdində Müştəri xidməti idarəsilə təmsil olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here