Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin qaynı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Generalın qaynı, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilir. 

Qeyd edək ki, Fərid Yusub ölkədə olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı.

Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E. Şəkinskinin ailəsini ölkədən qaçırmaqda təqsirləndirilir.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər – Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here