Beynəlxalq Təbii Resurslar İnstitutu (WRI) təşkilatı 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkədən ibarət siyahıda Azərbaycan 4,69 balla 18-ci yerdədir.

Təşkilatın ekspertlərinin fikrinə görə, 2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Belə ki, iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur, əhalinin artması isə suya tələbatı artırır.

Azərbaycanın qonşuları İran (4,91 balla 13-cü yer) və Ermənistan da (4,60 balla 22-ci yer) adıçəkilən siyahıda yer alıb.

Siyahıda maksimal 5 balı Qatar, Bəhreyn, San-Marino, Fələstin, BƏƏ, Sinqapur və Küveyt alıb. Bu ölkələrdə vəziyyət daha da təhlükəli hesab olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here