Bakıda Rusiya informasiya-mədəniyyət mərkəzi (RİMM) və Azərbaycanın Rusdilli təhsil ocaqları müəllimləri assosiasiyası gahi rus şairinin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş “Qafqaz Sergey Yeseninin yaradıcılığında” mövzusu üzrə internet-müsabiqə elan etmişdir,- deyə RİMM-də “İnterfaks-Azərbaycan” agentliyinə bildirmişlər.

Müsabiqə cari ilin fevral-aprel aylarında elan edilmiş və təşkilatçılar inşalar konkursunu uzatmaq qərarına gəlmişlər. İndi “Yesenin müsabiqəsində” iştirak üçün yalnız yuxarı sinif şagirdləri deyil, həmçinin tələbələr, orta və ali məktəb müəllimləri, jurnalistlər və ümumiyyətlə bütün arzu edənlər dəvət olunur.

Beləliklə, müsabiqə 2015-ci il sentyabrın 1-dən dekabrın 10-dək Azərbaycan gəzet, jurnal, informasiya agentliklərı və portallar, eləcə də radio və televiziya kanalları jurnalistləri arasında keçiriləcək.

Konkursa onun keçirildiyi dövrdə Azərbaycanın nəşr və elektron KİV-də rus və Azərbaycan dilində dərc olunmuş məqalə, hekayə, esse, radio və tele-süjetlər təqdim edilə bilər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here