Avqustun 29-da Azərbaycan şəhəri Qəbələdə III Beynəlxalq mürəbbə festivalı keçiriləcək. Bu haqda “Trend Life” Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinə istinadən xəbər vermişdir.

Festival Mədəniyyət və turizm nazirliyi , Qəbələ rayon icra hakimiyyəti, Milli kulinariya mərkəzi, Azərbaycan milli kulinariya assosiasiyasının birgə təşkilatçılığı, həm də Ümumdünya kulinariya təşkilatları birliyi və Ümumdünya xalq yaradıcılığı təşkilatının himayəsilə keçiriləcək.

Tədbirdə Azərbaycanın 23 regionundan nümayəndələr iştirak edəcək və münsiflər heyətinin qərarı ilə ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalarda mükafatlandırılacaqlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here