Azərbaycanda müxtəlif beynəlxalq olimpiada qalibi olan dörd gənc məktəbliləri olimpiadalara hazırlamaq üçün xüsusi proqram üzərində işləyirlər.

Bu haqda “1news.az” Təhsil nazirliyinin əməkdaşı Fuad Qarayevə istinadla bildirir. Material Təhsil nazirliyinin təşəbbüsü ilə Azərbaycan dövlət iqtisadiyyat universitetinin Quba rayonundaki idman-təlim istirahət kompleksində hazırlanır.

“Olimpiadalara hazırlıq üçün Azərbaycan dilində dərs vəsaiti çox azdır. Gənclər bir həftə ərzində şagirdlər üçün fundamental materiallar hazırlayacaqlar. Başlıca məqsədlərdən biri ilin sonunda məktəblilərin riyaziyyat üzrə Balkan olimpiadasında iştirakı və müəyyən nailiyyətlər əldə etmələridir”,- deyə nazirliyinin əməkdaşı bildirmişdir. Fuad Qarayev həmçinin qeyd etmişdir ki, “ağıllı oğlan və qızlar” hazırlamaq üçün keçmiş olimpiada iştirakçılarının təcrübəsindən istifadə artıq Çin, Rusiya və ABŞ kimi ölkələrdə tətbiq olunur.

İstedadlı məktəbliləri üzə çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə Bakı və Sumqayıt şəhərlərinin ən yaxşı 35 məktəbində 2014-2015ci tədris ilinin VII- IX sinif şagirdləri arasında fizika, kimya, biologiya və riyaziyyat üzrə müsabiqə keçirilmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here