Azərbaycanda aztəminatlı ailələrin üzvləri, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə veteranları mədəni sərvətlərdən ödənişsiz faydalana biləcəklər. 

Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, güzəştlər barədə qərarı baş nazir Artur Rasizadə təsdiqləyib.

Qərarda təyin göstərilən vətəndaşların Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı tələb olunmadan qeyri-kommersiya məqsədləri üçün ödənişsiz faydalanması nəzərdə tutulur.

Həmin şəxslər mədəni sərvətlərdən güzəştli istifadə üçün dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etməlidirlər.

Xatırladaq ki, qərara görə, mədəni sərvətlərin surətinin çıxarılması, habelə onlardan turizm, ekskursiya və reklam məqsədi ilə istifadə edilməsinə yol verilmir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here