Azərbaycan və İran münasibətlərində yeniləşmə

736

Azərbaycanın son günlər siyasi həyatının başlıca handisəsi respublika prezidenti İlham Əliyevin İran səfəri olmuşdur. Six siyasi və iqtisadi əlaqələrlə yanaşı iki qonşu dövləti həmçinin tarixi, mədəni, etnik və dini əlaqələr də birləşdirir.

SSRİ-nin süqutu və Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycanla İranın münasibətlərində çox şey baş vermişdir. Bu münasibətlər həm yüksəliş, həm də enişlər yaşamışlar. Məsələn, İran Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri olmuşdur. Lakin 90-cı illərin əvvəlində Azərbaycanda “Xalq cəhbəsi” hakimiyyətə gəldi və onun liderlərinin  kəmsavad və siyasi təcrubəyə malik olmamaları üçundan rəsmi Tehranla münasibətlər korlandı. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hər şey yenidən öz yoluna düşdü: onun bir dövlət başçısı kimi ilk rəsmi səfəri məhz İrana oldu. İran prezidenti Haşimi Rəfsəncani Əliyevi çox səmimi qarşıladı və o vaxtdan iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf etməyə başladı.

Sərt 90-cı illərdə bir çox digər postsovet respublikaları kimi Azərbaycanda da dağıntılar, ərzaq böhranı hökm sürür, sabit iqtisadiyyat və sairə isə yox idi. O vaxtlar Azərbaycan demək olar ki, ucuz İran və Türkiyə məhsulları hesabina dözüm gətirirdi.

İran hələ o zaman ABŞ-nın hədəfində idi: rəsmi Vaşinqton müharibə halında İrana Azərbaycan ərazisindən hücumlar etmək imkanını istisna etmirdi. Ancaq Azərbaycana onun ərazisində hərbi baza yerləşdirmək məqcədilə göstərilən  təzyiqlərə baxmayaraq, rəsmi Bakı qəti etiraz cavabı verdi. Bundan əlavə, Azərbaycan İrana qarşı sanksiyalar siyasətini heç vaxt dəstəkləməmişdi. Vaxtilə antiİran sanksiyalarına məhəl qoymadan İranla əməkdaşlığı davam etdirən az ölkə tapılar. Son nəticədə, zaman hələ Heydər Əliyevin götürdüyü siyasi kursun düzgün olduğunu göstərdi.

İran və Azərbaycan ərazisındaki mumasibətlərə gəlincə, nə qədər paradoksal səslənsə də, bu gün İranda Azərbaycanın ozündən çox azərbaycanlı yaşayır. Və azərbaycanlıların İranda yüksək vəzifələrdə olma amili iki ölkə münasibətlərinə əlavə emosional ton verir.

“Xalqlarımız əsrlərlə birgə yaşayıb yaratmışlar. Bizi tarix, mədəniyyət, ümumi keçmisimiz və din birləşdirir. Bizim münasibətlərimiz bu möhkəm bünövrə üzərində qurulmuş və bu gün İran-azərbaycan əlaqələri strateyi əməkdaşlıq səviyyəsinə qalxmişdır.Biz üzvü olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”,- deyə İlham Əliyev bildirmişdir.

Digər tərəfdən əlavə etmək lazımdır ki, İran kimi Azərbaycan da daha çox siə əhalisinə malik nadir dövlətlərdəndir və məhz buna görə də İranın Azərbaycan və onun əhalisinə münasibəti də xucusi səciyyə daşıyır. Bu, elə prezidentin islam dövləti rəsmilərilə, habelə ali gini lider Əli Xamenei ilə görüş çərçivəsində ozunü bariz nümayiş etdirmişdir.

İranın ali dini lideri ayətullah Xamenei görüş zamanı Azərbaycan və İran arasındaki siyasi əlaqələrdən, həmçinin iki ölkə arasında ümumi çox seyin olmasından söz açmışdır.

“Müxtəlif təhdidlər ortaya çıxan halda xalqı müdafiə, islam maarifçiliyinın yayılması və dini hallara hörmət. Azərbaycanın siyasi sabitlıyi, təhlükəsızlık, dindarlıq, Azərbaycan xalqının çiçəklənməsi bizim üçün son dərəcə vacibdir və biz öz həmrəyliyimizi və iqtisadi əlaqələrimizi gücləndirməliyik”,- deyə Xamenei vurğulamışdır.

Ayətullah Xamenei öz çıxısında radikal ideologiyaların güclənməsini də qeyd etdi. “Azərbaycan bir sıra iri islam alimlərinin vətənidir, azərbaycanlılar çox sayıq və süurlu xalqdır. Zənnimcə, dövlət yardımı və dini fəaliyyətin həyata keçirilməsində təşviq azərbaycanlıların ürəyini kövrəldər.İslam və şiə maarifinin yayılması təhdid və problemlərin öhdəsindən gəlməyə yardım göstərər”,-deyə ayətullah Xamenei bildirmişdir.

Azərbaycan prezidenti İlham Əliyev öz cavab nitqində danışıqların əhəmiyyət və səmərəliliyini, Bakı və Tehran arasındaki yaxın münasibətləri qeyd edərək, bildirmişdir ki, ümumi mədəniyyət, din və tarix İranla Azərbaycanı bir-birinə sıx tellərlə bağlamışdır. Azərbaycan rəhbəri bəzi ölkələrdə antiislam əhval-ruhiyyələri mühakimə edərək ayətullah Xameneiyə müraciətlə demişdir:

Azərbaycanda İslam və şiəlik yüksək qiymətləndirilir. Regionda Sizin kimi böyük bir şəxsiyyətin olması isə bizə daha çox qüvvə və enerji təlqin edir.

Sonradan İranın Azərbaycandaki səfirinin dediklərindən məlum olduğu kimi, Azərbaycan prezidenti və Əli Xamenei qeyri-formal şəraitdə Azərbaycan dilində danışmışlar ki, bu da bir daha bu iki ölkəni təkcə siyasi və iqtisadi maraqların bağlamadığını sübut edir.

Hazırda dunyanın bir sıra qüvvələri Azərbaycanı Suriya münaqişəsinə çəkməyə cəhd göstərirlər. Ancaq Azərbaycan rəhbərliyinin mövqei burda da İran və Rusiyanın mövqeilərinə yaxındır. Regionda baş verən bütün son handisələr – Azərbaycanın Rusiya, indi isə İranla da yaxınlaşması ondan xəbər verir ki, Azərbaycan Cənubi Qafqaz regionunda “Troya atı” olmayacaq, əksinə – o regionun bütün ölkələrilə əməkdaşlıq marağındadır.

Nicat Hacıyev