“Microsoft Imagine Cup” innovasiya yarışmasında “NoObs” komandası Azərbaycanı ABŞ-ın Sietl şəhərində keçirilən sonuncu – final mərhələsində də uğurla təmsil etdi.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə idi ki təmsil olunurdu. Komandanın üzvləri Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələri Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadır.

“NoObs” komandasının müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsi yüksək qiymətləndirilərək 2-ci yerə layiq görüldü.

Windows Phone 8 əməliyyat sistesmli telefonlar əsasında və Bluetooth sensorlardan ibarət layihənin məqsədi insanların oturarkən, gəzərkən və ya işlədiyi zaman onurğa sütununun mövqeyi və ona təsir edən neqativ amillərə nəzarət etməkdir.

Qeyd edək ki, “Microsoft Imagine Cup 2015” kimi nüfuzlu müsabiqədə ikinciliyi əldə etmiş Azərbaycan təmsilçisi “Microsoft” şirkətinin Redmondda yerləşən baş ofisində təntənəli surətdə təltif edildi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here