Oxu.Az BMT-nin Xəbər Mərkəzinə istinadən bildirir ki, Azərbaycanda internetdən əhalinin 61 faizi istifadə edir. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının “Genişzolaqlı rabitənin vəziyyəti” adlı hesabatında deyilir. Hesabata əsasən, ayrı-ayrı şəxslər tərəfindən internetin istifadəsinə görə Azərbaycan 63-cü yerdədir.

Rusiya isə siyahıda 44-cüdür. Qeyd edək ki, rusiyalıların 70,5 faizinin internetə çıxışı var. Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46, Özbəkistanda 46,3 və Ukraynada 43,4 faizinin internetə çıxışı var.

Hesabatda qeyd olunub ki, bu gün üçün ümumilikdə 79 ölkədə əhalinin yarısından çoxunun internetə çıxışı var. İnternetdən istifadə səviyyəsinə görə lider ölkələrin sırasına İslandiya, Norveç və Danimarka daxildir.

Hazırda dünya əhalisinin 43 faizinin internetə çıxışı var, bu isə 3,2 milyard insan deməkdir. Hələ ötən il onların sayı 2,9 milyard idi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here