«Odlar yurdunun» tarixində Azərbaycanın «Qarabağ» futbol klubuna ilk dəfədir ki, ən nüfuzlu Avropa futbol turnirinin qrup mərhələsinə – Çempionlar Liqasına keçmək müyəssər olmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu, Cənubi Qafqaz klubları üçün görünməmiş bir nəticə idi — hələlik bu cür uğurla heç bir Azərbaycan, erməni və ya gürcü klubu öyünə bilməz.
photo_165740

 

Azərbaycanın bütün idman ictimaiyyəti, uşaqdan böyüyə qədər bütün azarkeşlər, Kopenhagendə keçən cavab görüşündə «Qarabağ»a azarkeşlik edirdilər. Bakının özündə Azərbaycan komandasına çətinliklə də olsa, danimarkalılardan 1:0 hesabı ilə qələbə qoparmağa nail olmuşdu. Lakin Qurban Qurbanovun komandasının özgə meydançasında analoji nəticəyə nail olacağına və ya hətta sadəcə, Bakıdaki oyunun qalib nəticəsini saxlaya biləcəyinə futbol ekspertlərindən çox az nəfəri inanırdı.

Ona görə ki, artıq əvvəlki turda Moldovanın «Şerif» klubunu keçmək «Qarabağ»a çətinliklə mümkün olmuşdu. Əgər öz meydanında Gürcüstanın «Samtrediya» klubunu birinci turda —5-0, özgə meydançasında isə 1-0 hesabı ilə məğlub etmək elə bir xüsusi problem təşkil etməmişdisə, bu, Moldova klubu ilə asan başa gəlməmişdi. Bakıdaki 0-0 –dan (heç- heçə) sonra, özgə meydanda 2-1 hesabı ilə qələbə əldə etmək mümkün olmuşdu.

Kopenhagendəki tarixi matça qədər «Qarabağ»ın futbolçularına və məşq qərargahına vədlər daxil olmağa başladı: hökumətdən böyük mükafatlar, ölkənin ən iri stadionu «Olimpiya»nın rəhbərliyi isə, qalib gələcəyi halda ev oyunları üçün öz meydançasını «Qarabağ»a təqdim etmək vədləri verilmişdi. Hətta paytaxtın bəzi taksi sürücüləri onların sevimli klubu qrup mərhələsinə keçərsə, müştəriləri bir neçə gün pulsuz daşıyacaqlarını vəd etmişlər.

prezident_qarabag_240817

Küçələrdəki böyük monitorlar paytaxtda və Azərbaycanın regionlarında cavab oyununu göstərirdilər. Bütün Azərbaycan nəfəsini içəri çəkərək bu matçın nəticəsini gözləyirdi. Və görünür, bu güclü enerji dəstəyi «Qarabağ» futbolçularına daniyalıların hücumlarına tab gətirməyə kömək etdi.
918430676

 

44-cü dəqiqəyədək Azərbaycan komandacı üçün hər şey yaxşı idi — tablodaki sıfrlar на «Qarabağ»ın qrup mərhələsinə keçməsi deməkdi. Lakin ən təhlükəli «Kopenhagen» futbolçusu — hücumçu Santander ağdamlıların qapıçısı İbrahim Şehiçin səhvindən məharətlə istifadə edə bilmişdir. Qapıçı topa doğru çıxaraq qapını boş qoymuş və tullanıb topa çata bilməmiş, Santanderə isə fürsətdən istifadə edib topu boş qapıya vurmaq qalmışdı. Nəticə etibarilə komandalar «Kopenhagen»in xeyrinə 1:0 hesabı ilə fasiləyə getmişlər ki, bu da iki oyunun nəticələrinə görə heç-heçə deməkdi.

Heç kim «Qarabağ»ın məşqçisi Qurban Qurbanovun fasilədə öz yetirmələrinə nə dediyini bilmir, lakin «Qarabağ» futbolçuları ikinci tayma son döyüş kimi çıxdılar. Onlar meydanın hər qarışı, hər bir mübahisəli top uğrunda mübarizə aparırdılar. Və bu, öz bəhrəsini vermişdir — «Qarabağ»ın Cənubi Afrika hücumçusu Dino Ndlovu özgə meydanında bu qədər vacib topu vura bildi. Və indi даniyalılara qalan 30 dəqiqə ərzində öz rəqibinin qapısına iki top vurmaq lazım idi.

Bəli, «Kopenhagen» daha bir qol da vurdu, lakin bu qol yekun hesabı 2:2 olan ikimatçlı qarşıdurmada qələbələr üçün kifayət etmədi, «Qarabağ»irəli keçdi.

Və matçın ispan hakimi final fiti verən zaman, sevincdən məşqçi Qurban Qurbanovun göz yaşları yanaqları ilə axmağa başladı. Bakıda isə bayram şənlikləri başladı — adamlar küçələrdə şənlənir, sevincdən qışqırır və bir-birinə sarılırdılar. Emosiyalar həddini aşır, belə ki, Azərbaycanın paytaxt və iri şəhərlərində avtomobillərdə bayram yürüşləri keçirdi. Minlərlə insan küçələrdə «Qarabağ! Qarabağ!»,- deyə şüarlar çağırırdılar. Bakıda bayram şənlikləri səhərə qədər davam etmişdir. Polis hətta yolu sfetaforun qırmızı işığında keçən sürücüləri belə cərimələmirdi.

Daha böyük ajiotaj hava limanında — azarkeşlər «qəhrəmanları» qarşılayan zaman müşahidə edilirdi. Onları həqiqətən də qəhrəman kimi qarşılayırdılar, çünki «Qarabağ» FİFA və UEFA turnirlərində çıxış edən bütın Azərbaycan klubları arasında ən böyük uğura nail ola bilmişdir.

Bəs sonra?

Dalma Newsin müxbiri məhz bu sualla futbol icmalçısı, «Azərbaycan xəbərləri»nin («Новости-Азербайджан») idman bölməsinin başçısı Əli Məmmədova müraciət etmişdir ki, o, «Qarabağ»ın potensial rəqibləri haqqında danışmış və Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan klubunun bütün şanslarını qiymətləndirmişdir.

«Əvvəla, fürsətdən istifadə edərək Azərbaycan xalqını bu tarixi qələbə ilə təbrik etmək istərdim. İkincisi, bu, həqiqətən, bizim ölkə üçün dərhal bir neçə səbəbə görə möhtəşəm hadisədir: Çempionlar Liqasından böyük dividendlər, ən reytinqli dünya birinciliyinin oyunlarında böyük təcrübə və nəhayət, eyni qrupa düşdükləri halda Azərbaycan paytaxtına məsələn, Real-Madrid, Barselona, Yuventus, Çelsi, Bavariya və s. kimi klublar gəlməyə məcbur olacaqlar. Bu klubların isə, böyük bir azarkeşlər «ordusu» var ki, heç şübhəsiz, öz sevimli komandalarını dəstəkləmək üçün Bakıya gələcəklər», – deyə Məmmədov bildirmişdir.

Onun sözlərinə görə, artıq heç kim, hətta «Qarabağ»ın qrup mərhələsində necə çıxış edəcəyini düşünmür. Ən başlıcası artıq edilmişdir. İndi bu turnir Qurban Qurbanovun qəyyumluğunda olanlar üçün daha yüksək zirvələrə baxmağın mümkün olacağı meydana dönəcək.

«Qarabağ»ın bəxtinə düşən rəqiblərin — Avropa futbolunun qrandları ingilis «Çelsi», «Roma», «Аtlетiko»nun səviyyəsini nəzərə alsaq, onun Çempionlar Liqasının və ya hətta Avropa Liqasının pley-offuna çıxacağını gözləmək sadəlövhlük olardı. «Qarabağ» futbolçuları üçün Çempionlar Liqasının qrup mərhələsindəki oyunlar yaxşı məktəb olacaqlar ki, onlara klubun və Azərbaycan yığması uğrunda gələcək çıxışlarında kömək edəcək.

21148568_10214017009168452_1611204383_n

Və xatırlamaq olar ki, hazırki uğura ötən il «Qarabağ» futbolçularının Avropa Liqasının qrup mərhələsinə keçə bilərək qazandıqları təcrübə əhəmiyyətli dərəcədə kömək etmişdir.

Nicat Hacıyev