Gürcüstanın Milli Statistika İdarəsi bildirib ki, bu ilin II rübündə Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların həcmi ötən ilin anoloji dövrü ilə müqayisədə 81% artaraq 355 milyon ABŞ dolları təşkil edib.

Göstərilən dövrdə Azərbaycan Gürcüstana 160 milyon ABŞ dolları (45%) investisiya qoymaqla birinci yeri tutub. Xəbəri LiderTV yayıb.

Qeyd edək ki, ikinci yerdə 68 milyon ABŞ dollarla (19%) Niderland, üçüncü yerdə isə 41 milyon ABŞ dollarla (12%) Türkiyədir.

Gürcüstanda ən çox investisiya isə nəqliyyat və rabitə (207 milyon ABŞ dolları), maliyyə (41 milyon ABŞ dolları) və emal sənayesi (30 milyon ABŞ dolları) sahələrinə yatırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here