Azərbaycan çəkiclə zindan arasında: Ərdoğan Bakıya niyə gəlir?

4900

Dünyanın siyasi gündəmində bu gün əsas mövzu Yaxın Şərq regionunda, xüsusilə Suriyada baş verən  proseslərdir. Münaqişə öz yeni inkişafına Rusiyanın açıq surətdə bu “oyuna” qoşulduğu andan başlamışdır ki, hərçənd ondan əvvəl də orda heç də “darıxdırıcı” deyildi: həm regional, həm də xarici oyunçular bu ərazidə aktiv fəaliyyətə başlamışdılar.

Kremlin Suriya müharibəsində iştirak etmək, Xəzər dənizindən İD-nə zərbələr endirmək qərarı Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaz sərhədlərinə nə qədər yaxınlaşdığını əyani şəkildə nümayiş etdirdi. Axı, İran və Türkiyə ilə yanaşı, Rusiya bu qeyri-sabit regionda aktiv fəaliyyət göstərən üçüncü bir ölkə oldu. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın Türkiyə üçün həyati əhəmiyyətə malik Suriyada əməliyyatlara başlamaq  qərarı Ankaranın regional ambisiyalarına toxunmaya bilməzdi. Bu səbəbdən, Türkiyə və Rusiyanın maraqlarının toqquşması qaçılmaz idi ki, bu da təbii olaraq Azərbaycandan da yan keçə bilməzdi: axı, Rusiya  Azərbaycanın şimal qonşusu, bir çox məsələlərdə strateji tərəfdaşı olduğu halda, Türkiyə ənənəvi olaraq onun strateji müttəfiqi və “qardaşı”dır. Azərbaycan  türk mallarına Orta Asiyaya çıxmağı təmin etməklə Türkiyə üçün həm strateji, həm də  iqtisadi cəhətdən vacib  və gərəklidir. Rusiya üçün isə o,— keçmiş müttəfiq ölkə və Rusiya ilə Asiya ölkələri – İran, Hindistan və sair arasında birləşdirici qovşaqdır.

Fəlakət baş verdi. Türkiyə Rusiya təyyarəsini vurdu. Yaxın Şərq regionunda vəziyyət daha  da qarışıq və mürəkkəb oldu, Azərbaycan isə daha çətin vəziyyətə düşdü.

Azərbaycan vəziyyətin bütün mürəkkəbliyini  dərk  etdiyindən qardaş türklər və “şimal qonşusu”arasında balanslaşma apararaq, Rusiya-türkiyə münaqişəsindən maksimum dərəcədə kənar durmağa çalışır ki, necə deyərlər, “nə şiş yansın, nə kabab”, daha doğrusu heç kəs incik  düşməsin. Qeyd etmək lazımdır ki, bu zaman Bakının mövqeyi qismən həm Moskva, həm də Ankaraya sərfəlidir, çünki tərəflərdən birinin  birmənalı  seçimi  digəri  üçün Azərbaycanın itirilməsi deməkdir.

Bütün bunların fonunda Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğanın Azərbaycana qarşıdaki səfəri xüsusi əhəmiyyət kəsb edir ki, Kremldə bunu diqqətlə müşahidə edəcəklər.

Dolaşıq oyun…

Türkiyə prezidentinin Azərbaycana səfərini şərh edən rusiyalı politoloq, «Однако Евразия» (“Lakin Avrasiya”) nəşrinin baş redaktoru Semyon Uralov qeyd edib ki, Ərdoğan müttəfiq axtarışında regional kart oyununa başlamışdır. “Rusiya ilə münaqişənin eckalasiyası şəraitində Azərbaycan Türkiyə üçün əsas ölkədir. Buna görə də Ankaranın Azərbaycan üzrə iki strategiyası vardır: Bakıdan Moskva ilə münaqişənin həllində vasitəçi olmağı xahiş etmək və ya Azərbaycanla antirusiyayönlü alyans təşkil etməyə cəhd göstərmək”,- deyə   politoloq qeyd edib.

Semyon Uralov

Onun sözlərincə, əgər “sülhməramlı” strategiya seçilibsə, onun nəticəsini tezliklə Azərbaycan rəhbərliyinin vasitəçilik təşəbbüslərinin timsalında görəcəyik. “Əgər alyans yaradılması yer tutursa, burada Bakını bir neçə mürəkkəb ssenari gözləyə bilər. Və əsas risklər hərbi deyil, siyasi-iqtisadi sahənin üzərinə düşər. Türkiyə-azərbaycan alyansının yaradılması ona gətirib çıxarar ki, Rusiya hakimiyyəti Azərbaycandan olan əmək miqrantları və biznes üçün məhdudiyyət goyar. Xüsusilə Moskvada iri ticarət və kənd təsərrüfatı kapitalı zərər çəkə bilər. Azərbaycan diasporu Rusiyada etnik və vətəndaşlıq vətəninin seçimi arasında çətin vəziyyətə düşə bilər”, – deyə Semyon Uralov vurğulamışdır. Ekspert həmçinin bildirib ki, Türkiyə ilə alyansa daxil olması Azərbaycanın Suriya münaqişəsində Rusiya tərəfində olan İranla da münasibətlərinin pisləşməsinə səbəb ola bilər. ” Ankara ilə alyans Bakının üç tərəfdən dost olmayan ölkələrin əhatəsinə düşməsinə gətirib çıxara bilər. Həmçinin yadda saxlamaq lazımdır ki, İranda olduğu kimi, Azərbaycanda da şiəlik dominant dini cərəyandır— yəni, Bakı və Tehran arasında münasibətlərin pisləşməsi, dindarlar tərəfindən eyni iman və etiqaddan olanların münaqişəsi kimi qəbul edilə bilər,- deyə Uralov bildirib.

Analitikin fikrincə, Rusiya ilə Türkiyə arasındaki münaqişədə ən qeyri-münasib vəziyyətə Azərbaycan düşmüşdür. “Belə ki, onun bir tərəfdən Türkiyə ilə mövcud mədəni-dil коmplimentarlığı, İranla dini-ərazi yaxınlığı və Rusiya ilə isə mədəni-iqtisadi birliyi mövcuddur.

Bu konteksdə, xüsusilə Moskvada Azərbaycan diasporu və Rusiya-azərbaycan kapitalı amili mühümdür. Zənnimcə, Bakı ali rəhbərliyi Tiqr və Yevfrat, Suriya çölləri və Qafqazyanı ölkələr arasında növbəti dəfə dolaşan ziddiyyətlər kələfini bizdən yaxşı görür və Azərbaycan respublikasının mənafeyi və obyektiv qüvvələr nisbəti nəzərə alınmaqla düzgün qərarlar qəbul edəcək”, — deyə Uralov sözünü yekunlaşdırmışdır.

Тürkiyəyə Rusiya ilə müharibə lazım deyil

Dalma News üçün Ərdoğanın Azərbaycana səfərinin məqsədini şərh edən Tərəqqiyə Yardım Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsin bildirib ki, Rəcəb Teyyib Ərdoğanın Azərbaycana səfəri hər şeydən əvvəl, Yüksək səviyyəli Türkiyə-Azərbaycan strateji əməkdaşlıq şurası iclasının keçirilməsilə izah olunur. “Şura, məlum olduğu kimi, iki qardaş ölkənin ikitərəfli əlaqələrinin bütün spektri —siyasi, iqtisadi, hərbi, mədəni əməkdaşlığı ilə məşğul olur. Və əlbəttə, bütün bu məsələlər prezidentlərin qarşıdakı zirvə görüşündə müzakirə olunacaqdır “, – deyə o bildirmişdir.

Sinicin (1)
Aleksey Sinitsin

Politoloq həmçinin bildirib ki, bu səfər Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin hər hansı pozulmasında “Ankaranın uzun əlini” görməyə meylli olan bəzi xarici KİV-də onların öz xeyrlərinə uyğun yozulmasına səbəb olacaqını güman edir. “Şübhəsiz, bu, əslində belə deyil. Əgər Türkiyəyə Moskva ilə onun türk müttəfiqlərinin münasibətləri formatında Rusiya ilə qarşıdurma zonasını genişləndirmək lazım olsaydı, bu, artıq baş verər və geniş ictimaiyyət Rusiya ilə türkdilli ölkələrin münasibətlərinin ciddi surətdə pozulmasının şahidi olardı “, – deyə ekspert qeyd edib.

Aleksey Sinitsin həmçinin əlavə etdi ki, biz hələki, bir dəfə də olsa Ankaranın Ermənistana bircə təzyiq faktını belə görməmişik və Türkiyə-Ermənistan sərhədində kifayət qədər sakit vəziyyət hökm sürür. Türkiyə KİV-də heç kim Yerevana qarşı təbliğat kampaniyası açmır.

Politoloqun fikrincə, Suriya mövzusu üzrə Azərbaycan və Türkiyə prezidentlərinin fikir mübadiləsi və rəylərin uzlaşdırılması mütləq aparılacaq. Analitik hesab edir ki, “Əvvəla, qarşıdan Təhlükəsizlik üzrə Münhen konfransı gəlir. İkincisi isə, çox güman ki, ilk növbədə, Azərbaycan-Türkiyə zirvə görüşünün başlanğıcı üşün, nəinki Rusiyanın 1mart 2016-cı ilə qədər Suriyada atəşkəs planınin müzakirəsinin nəticələri, həmçinin Suriya böhranının həllinə cəlb olunmuş bütün tərəflərin rəsmi şəxsləri tərəfindən ona verilən qiymət də bəlli olacaq ”

O, həmçinin əlavə edib ki, atəşkəs üzrə plan Amerikayönlü koalisiya tərəfindən qəbul olunacaq, lakin Rusiya təkliflərinə Suriya probleminin ən əhəmiyyətli xarici iştirakçıları – Vaşinqton, Ankara və Moskvanın mövqelərinin yaxınlaşmasına kömək edəcək hansısa düzəlişlər etməyə hələ vaxt olacaq.

“Və burda Rusiyanın Suriya məsələləri üzrə mövqeindən yetərincə geniş təsəvvürə malik Azərbaycan prezidentinin rəyini qiymətləndirmək çətindir. Əslində, Suriyada hadisələrin inkişafının böhranlı deməsək də, ən məsul anında, rəsmi Bakı gərginliyin zəifləməsi də olmasa, ən azı, yeri gəlmişkən,bu gün üçün hərbi cəhətdən ən güclü Avropa ölkələri – Rusiya ilə Türkiyə arasında qarşıdurmanın dərinləşməsinin qarşısının alınması üzrə hansısa konsensus təklif edə bilər. Bakı öz qonşularına münasibətlərin bərpasında vasitəçilik xidmətlərindən daha çox şey göstərə bilər, və güman edirəm ki, o, bu fürsətdən istifadə imkanını nəzərdən qaçırmayacaq”, – deyə ekspert sözünü yekunlaşdırdı.

Ankara ilə Moskva arasındaki böhran hələ aradan qaldırıla bilər

Ankara-Moskva münasibətlərinin gərginləşməsi fonunda Türkiyə prezidentinin Azərbaycana səfərini necə qiymətləndirməkdən danışarkən, politoloq İlqar Vəlizadə bildirdi ki, başa düşmək lazımdır ki, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya istiqamətləri Azərbaycan xarici siyasətinin prinsipcə müxtəlif istiqamətləridir. “Onlardan hər birinin öz tarixi, öz dinamikası və öz inkişaf vektoru var. Bu münasibətlərin təbiətinə kifayət qədər bələd olmayanların Türkiyə-Rusiya münasibətlərinin pisləşməsinin hökmən Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə gətirib çıxara biləcəyinə dair təxminləri kökündən səhvdir. Bu mənada Türkiyə prezidentinin Azərbaycana səfərinin öz xüsusiyyətləri var və ölkələr arasında son 20-25 il boyu yaranmış resurs bazasına əsaslanır”,- deyə o bildirib.

İlqar Vəlizadə

Ekspert Rusiya-türkiyə münasibətlərinin kəskinləşməsinin Bakı ilə Ankara arasında əlaqələrə təsir etməyəcəyini iddia etmir, lakin söhbət yalnız ayrı-ayrı istiqamətlərin məsələn, enerji və ya nəqliyyat sahəsinin корректировкasından gedir.

O, həmçinin bildirib ki, bütün bu layihələr böyük tarixə malikdir və meydana heç də Rusiya-türkiyə münasibətlərinin böhranı nəticəsində çıxmamışlar.

“Türkiyə ilə Azərbaycan arasındakı hərbi-siyasi əməkdaşlıq barədə də eyni şeyi demək olar. İndi Türkiyənin Rusiyanı Qafqazdan sıxışdırılıb çıxarılma planlarında Azərbaycanın hansısa yer tuta biləcəyinə dair ehtimallar yaranır. Mən bu fərziyyələri real vəziyyətlə heç bir əlaqəsi olmayan alver hesab edirəm və işin açıq müharibəyə gedib çıxacağını güman etmirəm. Nə Ankara, nə də Moskva bu məsələdə maraqlı deyil”,- deyə politoloq bildirir.

Analitik, həmçinin əlavə edib ki, xıdılması KİV-də vəziyyətin gərginləşmə fonunda Qazprom Türkiyəyə qaz nəqlini artırır, Rusiya səfiri isə bəyanatlar verir ki, Türk axını layihəsi heç də ləğv edilməyib, yaranmış böhran vəziyyəti ilə əlaqədar yalnız təxirə salınmışdır.

“Mən hesab edirəm ki, iki ölkə arasında münasibətlərdəki böhrana hələ qalib gəlmək olar, düzdür, bunun üçün lazımi şərait yetişməlidir”, – deyə Vəlizadə bildirib.

P.S. Sonda demək istərdim ki, Rusiya və Türkiyə bir-biri ilə müharibədən deyil, əməkdaşlığın daha çox fayda ala bilərlər. Düşünmürəm ki, bu iki ölkə arasında müharibə zəruriyyət daşıyır və strateji cəhətdən hər iki xalq üçün mühüm rola malikdir. Bəli, problemlər var, ancaq təmas nöqtələri varsa, bu problemləri həll etmək mümkündür. Belə təmas nöqtələri isə həm Rusiya həm də Türkiyədə az deyil.

Nicat Hacıyev