Yeşiyini 60 qəpiyə veririk ki, alma xarab olmasın. Yenə almırlar. Bazar doludur xaricdən gətirilmiş almalarla. Bizsə almanı çürüdüb çaya tökürük.

Oxu.Az Azadlıq radiosuna istinadən xəbər verir ki, bu sözləri fermer Həsrət Məmişov bildirib.

Bağbanın sözlərinə görə, ötən il 2 tona yaxın alma yığıb, bu il yarısını toplasa, papağını göyə atacaq: “Məhsulu, əsasən, Quba, ya da Xaçmaz bazarına çəkib topdansatış qiymətinə satırıq. Mənim müştərilərim vardı, azı, 15 il idi gəlib almanı həyətdən aparırdılar. İndi gəlmirlər… Deyirlər, Bakının bazarlarında xarici almalar satılır. Yerli almaya yer yoxdur”.

Qeyd edək ki, Qubada 15 min hektara yaxın (14min 724 ha) meyvə bağları var. Ötən il həmin bağlardan təxminən 124 min ton meyvə toplanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here