AŞPA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olacaq. Məqsəd seçki qanunvericiliyinin və Milli Məclisə seçki kampaniyasının gedişinin qiymətləndirilməsidir.

Nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunan qrup və partiyaların liderləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının liderləri ilə görüşəcək.

Həmçinin QHT və KİV nümayəndələri ilə danışıqlar planlaşdırılıb. Sonda missiya yazılı bəyanatla çıxış edəcək.

Nümayəndə heyətinə Xordi Xuqla (İspaniya), Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Barış (Türkiyə) və AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Aqustin Konde rəhbərlik edəcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here