Azərbaycanın premium kinoteatrı “28 Cinema” sentyabr ayının 22-də “Təcrübə keçən” filminin dünya premyerasından iki gün öncədən nümayişi ilə əlaqədar olaraq Karyera Günü təşkil edəcək.

18:00-da baş tutacaq tədbirdə ölkənin iri şirkətlərindən olan “Nar”, “Bakcell”, “Turan Bank” və “PWC” gənclər ilə görüşəcək, onların CV-lərin alacaq və söhbət edəcəklər. Bu addımla “28 Cinema” hər zaman düşündüyü Azərbaycan gəncliyinin inkişafına öz kiçik tövhəsini vermiş olacaq.

Karyera Gününün sonunda isə “Təcrübə keçən” filminin nümayişinə start veriləcək və tədbirə dəvət olunmuş şirkət sahibləri, media nümayəndələri, bloggerlər filmi izləyəcəklər.

Film mövzu etibarilə iş, karyera və yeni işə düzələn təcrübəçi haqqında bəhs edir. Filmdə məşhur Hollivud ulduzları Robert De NiroEnn Heteuey çəkilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here